Aşağı Qılıncbağ kəndi Xocalı rayonunda, Xanabad sovetliyində, dağətəyi ərazidə, rayon mərkəzindən 10 km şimalda yerləşir. 1926-1928-ci illər Rusiya-İran müharibəsi nəticəsində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kənd Nerkin Qılıncbağ adlanmışdır. Nerkin erməni dilində “aşağı” deməkdir. 1992-ci ildə kəndin əvvəlki Aşağı Qılınca adı bərpa edilmişdir. Toponim “Qılınc” şəxs adından və “bağ” sözündən ibarətdir. Kənd əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu.